Adil Əliyev həmkarı Fəzail İbrahimli ilə bərabər Xocalı soyqırımı abidəsini ziyarət edib
Adil Əliyev həmkarı Fəzail İbrahimli ilə bərabər Xocalı soyqırımı abidəsini ziyarət edib , faciə zamanı həlak olan həmvətənlərimizin əziz xatirəsini hörmət və ehtiramla bir daha yad ediblər .
“Turanın səsi ” xəbər verir ki , bu barədə Vitse Spiker öz “facebook ” səhifəsində paylaşaraq bildirmişdir .
Xocalı soyqırımı insanlıq tarixinin ən böyük cinayətlərindən biridir. Prezident İlham Əliyevin xarici siyasətində əsas yer tutan məqamlardan biri də, Xocalı soyqırımını törədənlərin öz layiqli cəzalarını almasıdır. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən başladılmış “Xocalıya ədalət” kompaniyası çərçivəsində 20-yə yaxın ölkənin parlamenti, eləcə də beynəlxalq təşkilatlar baş vermiş faciəni “Soyqırım” olaraq tanımışdır. 2020-ci ildə qazandığımız tarixi qələbə ilə, bütün şəhidlərimizin qisasını aldıq. Bu gün soyqırım qurbanlarının xatirəsini alnıaçıq, başıuca yad edirik. Lakin, dünya ictimaiyyəti hələ də Xocalı soyqırımına kifayət qədər diqqət göstərmir, beynəlxalq ədalət bu günə qədər tam bərpa edilməmiş və günahkarlar layiqli cəzalarını almamışlar deyə Adil Əliyev vurğulamışdır .
⤵️
⤵️
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI