Adil Əliyev Deputat həmkarları , şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid Ramiq Mikayılovun anım tədbirində iştirak ediblər

0

Ramiq Mikayılov və qəhrəman şəhidlərimiz Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun tərkibində döyüş meydanında qəhrəmancasına döyüşmüş və bizə tarixi qələbə bəxş etmişlər. Onların göstərdiyi şücaət sahəsində tarixi torpaqlarımız bu gün azaddır və şanlı bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Bugünkü tədbirdə şəhidimizin anasının çıxışı bizi hər nə qədər kövrəltsə də, necə məğrur və qəhrəman xalq olduğumuzu bir daha göstərdi. Məhz bu cür mətin Azərbaycan qadınlarının yetişdirdiyi övladlar, Vətəni öz canlarından üstün tutdular. Canları, qanları bahasına torpaqlarımızı geri qaytarıb, suverenliyimizi bərqərar etdilər. Bütün şəhid analarının əllərindən öpür, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir