Adil Əliyev : “Bu gün qəhrəmanlarımız şəhid olsalar da, onların əmanətlərinə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur “

0

“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Bakı şəhəri, eləcə də, Tovuzdan, Qubadan, Xaçmazdan, Beyləqandan, Neftçaladan, Ağdaşdan, Mingəçevirdən və s. rayon və şəhərlərimizdən qonağımız olan şəhid analarının, şəhid ailələrinin üzvlərinin, ictimaiyyət nümayəndələrinin, eləcə də Milli Məclisə deputat seçildiyim 20 saylı II seçki dairəsinin ərazisində yaşayan xanım seçicilərin iştirakı ilə tərəfimdən Bayram gününə həsr edilmiş tədbir təşkil edilmişdir.

Azərbaycan qadını tarixən öz qəhrəmanlığı, işgüzarlığı və ailə dəyərlərinin qorunub saxlanılması kimi mühüm missiyaları həyata keçirdib. Eləcə də, məhz bu anaların böyütdükləri övladlar Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun tərkibində döyüşərək bizə tarixi Qələbə bəxş etdilər. Qəhrəmanların döyüş meydanında göstərdiyi hünər hesabına bu gün tarixi torpaqlarımız azaddır və üçrəngli şanlı bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Bu gün qəhrəmanlarımız şəhid olsalar da, onların əmanətlərinə sahib çıxmaq hər birimizin ilk növbədə vətəndaşlıq borcudur. Şəhid ailələrinin qayğıları hər zaman Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir, eləcə də hər birimiz şəhid ailələrinin yanında olmalıyıq və əzizlərinin kədərlərini unutdurmağa çalışmalıyıq. Bugünkü tədbirdə şəhid anasının dediyi kimi: “Övladımızın yerini doldura bilməsənizdə, ən azından övladımızın yerinə təbrik edirsiniz”. Bütün şəhid analarının bir daha əllərindən öpürəm, xüsusilə də uzaq məsafələrdən əziyyət çəkib gələn analara bir daha minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət etsin, əzizlərinə cansağlığı və səbir versin.

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir