Adil Əliyev bu gün Milli Məclisdə kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamızın üzvlərini, məşqçilərini qəbul etdi

0

Onları İtaliyanın Yezolo şəhərində kikboksinq üzrə keçirilmiş WAKO uşaq, yeniyetmə və gənclər arasında dünya çempionatında əldə etdikləri qələbə və nailiyyətlər münasibətilə təbrik edərək, yeni uğurlar arzuladım. Qeyd edim ki, idmançılarımız həmin yarışlarda 7 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıblar. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva daim idman sahəsinə, idmançılara və onların məşqçilərinə xüsusi diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının sayəsində Azərbaycanda idman sahəsi çox böyük inkişafa nail olub, istər idmançılarımızın qazandığı uğurlar, istərsə də idman yarışlarının ölkəmizdə ən yüksək səviyyədə təşkili Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdır. Dövlət başçımızın idmana və idmançılarımıza göstərdiyi diqqət onları yeni-yeni nailiyyətlərə, yüksək pillələrə qalxmağa ruhlandırır, ilhamlandırır. Eləcə də, idmançılarımız üzərlərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlirlər. İdmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzu edirəm, əminəm ki, qazandıqları qələbələri ilə xalqımızı hər zaman sevindirəcəklər. Görüşün sonunda idmançılarımız Milli Məclisin iclaslarının keçirildiyi plenara zalla tanış oldular.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir