Əli Məsimli: “Azərbaycanda uçot dərəcəsi işləmir”

“Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsindən beynəlxalq təcrübədə olduğu kimi inflyasiyaya qarşı rıçaq kimi istifadə etmək istəyirsə, açıq deyək ki, bizdə həmin mexanizm işləmir”.

Turanın səsi ”  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib.

“Əgər qiymət artımının qarşısını almaq üçün sərt monetar siyasətə keçiləcəksə, bu, ümumi daxili məhsulun (ÜDM) artımını 1,8 %-dən aşağı salacaq, əlavə ciddi problemlər yaradacaq. Heç Azərbaycanda inflyasiya tam olaraq monetar amillərlə bağlı deyil”, – deyə o qeyd edib.

Bundan başqa, deputatın sözlərinə görə, bu il Azərbaycanda orta aylıq əməkhaqqının 10 % artacağı proqnozlaşdırılır, bu da o deməkdir ki, gözlənilən inflyasiya şəraitində insanların real gəlirlərində artım olmayacaq: “Əməkhaqlarının artırılması inflyasiyanı kompensasiya etməkdən o tərəfə getməyəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir