Zakir Həsənovun müşaviri ordu generalı rütbəsi aldı

Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ərsaya ordu generalı hərbi rütbəsi verilib.

turaninsesi.az” xəbər verir ki, müvafiq sərəncamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb. 

O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI