Zakir Həsənov Xankəndidə müşavirə keçirdi

Yanvarın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib.

turaninsesi.az” xəbər verir ki, müşavirədə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət rəisləri, Quru Qoşunlarının qərargahı və birlik komandirləri iştirak ediblər.

Tədbirdə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.

General-polkovnik Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib.

Müşavirədə çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin bütün növ təminatlarına və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI