Zakir Həsənov Antalyada Yaşar Gülerlə görüşdü
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Antalyada keçirilən Forum çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
“turaninsesi.az” xəbər verir ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.