Volodimir Zelenski Belarusla sərhədə gedib, təhlükəsizlik tədbirləri ilə tanış olub
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Polşa və Belarusla həmsərhəd olan Volın vilayətinə səfər edib.
“Turanın səsi ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi üçün görülən işlərlə tanış olub.
Dövlət başçısı həmçinin sərhədçilərlə görüşüb, onları mükafatlandırıb.