Son dəqiqə ! Ordumuzun mövqeləri atəşə tutuldu

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bu barədə “Turanın səsi” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir