Qeyri-qanuni erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə “turanın səsi ” Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI