Prezidentin bugünkü sərəncamları 136 hərbi qulluqçuya şamil edilib
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.
“Turanın səsi ” xəbər verir ki, dövlət başçısının Sərəncamına əsasən, 5 hərbi qulluqçuya “general mayor ” ali hərbi rütbəsi verilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 131 hərbi qulluqçu orden və medallarla təltif olunub.
Onlardan 21 nəfəri ölümündən sonra orden və medallara layiq görülüb. Hərbçilərdən 4 nəfər “Azərbaycan Bayrağı”, 3 nəfər 3-cü dərəcəli “Rəşadət”, 9 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Bundan başqa, 34 nəfər “Vətən uğrunda” (16 nəfər ölümündən sonra), 22 nəfər “İgidliyə görə”, 20 nəfər “Cəsur döyüşçü”, 17 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1 nəfər “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra), 2 nəfər “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra), 1 nəfər “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra), eləcə də 18 nəfər “Hərbi xidmətlərə görə” medallarına (1 nəfər ölümündən sonra) layiq görülüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI