Pakistan HDQ komandanı Hərbi İnstitutu və N hərbi hissəsini ziyarət edib

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazinin ölkəmizdə səfəri davam edir.
Dekabrın 2-də admiral M.A.X.Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Bu barədə Turanın səsi” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlara hərbi təhsil müəssisəsinin yaranma tarixi, əsas fəaliyyət istiqaməti və tədris prosesi barədə brifinq təqdim edilib.
Pakistan HDQ komandanı Hərbi İnstitutun “Fəxri qonaqlar kitabı”nı imzalayıb.
Sonra qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz Qüvvələri fakültəsindəki tədris prosesi və burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.
Daha sonra nümayəndə heyəti HDQ-nin N hərbi hissəsini ziyarət edib.
Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.
Qonaqlara hərbi hissənin fəaliyyəti, şəxsi heyətin hazırlıq prosesi və xidmət şəraiti haqqında ətraflı məlumat verilib.
Hərbi hissə ilə tanışlıqdan sonra dəniz piyadalarının istifadəsində olan silah və texniki vasitələrə baxış keçirilib.
Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları nümayiş etdirilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir