Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə “turaninsesi.az” – a Mudafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI