“Müdafiə Nazirliyində yeni həbslər olacaq” – Polkovnikdən sensasiyalı açıqlama

0

“Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsinin ehtiyata və istefaya göndərilməsi ilə bağlı məsələ gözlənilən idi. Mən onların bir neçəsini tanıyıram, bir vaxtlar bərabər xidmət keçmişik, 90-cı illərdə döyüş bölgəsində olub və Azərbaycan ĺl quruculuğunda yaxından iştirak ediblər”. 

Turanın səsi ” xəbər verir ki çıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. 

Müsahibimiz “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilməsi məsələsinə münasibət bildirib. 

Polkovnikin fikrincə, istefaya və ehtiyata göndərilənlərin Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti məsələsinə zərrə qədər aidiyyəti yoxdur: 

“Sadəcə olaraq, qarşıdakı aylarda orduda çox ciddi kadr və digər islahatların həyata keçiriləcəyi elan olunmuşdu. Ona görə də yeni kadrlar təyin olunur və vəzifə başına gətirilir. Məsələn, Milli Müdafiə Akademiyasının rektoru general-leytenant Heydər Piriyev yaşına görə ehtiyata göndərilib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “hərbi xidmətdə olmanın son yaş həddi” ilə əlaqədar onlar ehtiyata göndərilib. Hətta Müdafiə Nazirliyindəki idarələrdən birinin rəisi olan bir başqa general da ehtiyata göndərilib. Mən bu adları açıqlaya bilərəm, sadəcə olaraq Müdafiə Nazirliyi bu barədə ətraflı məlumat verməyib deyə onlar haqqında söyləymirəm”. 

Hərbi ekspert əlavə edib ki, Quru Qoşunları komandanı vəzifəsinə general-leytenant Hikmət Mirzəyevin gətirilməsi onun üçün bir qədər gözlənilməz olub:

“Mən şəxsən onu daha fərqli bir strukturda gözləyirdim. Doğrudur, indi təyin olunduğu vəzifə onun üçün bir pillə üstün sayılır. Yeni təyinat alan hərbçilər ötən aylarda ehtiyata göndərilsələr də, sonradan xidmətə yenidən qaytarıldılar. Onlar artıq polkovnik rütbəsindədir və yeni təyinatlar alıblar. Düşünürəm ki, onlar 2024-cü ildə tutduqları vəzifələrə uyğun olaraq general rütbəsi ala bilərlər”. 

“O ki qaldı rüşvət və korrupsiya qalmaqalına, bu məsələ ilə yanaşı “Tərtər işi”ndə də bundan sonra Müdafiə Nazirliyində təlatümlər olacaq və vəzifəli şəxslərlə bağlı qərarlar veriləcək. Yəni kimi vəzifədən çıxarılacaqsa, kimisi də məsuliyyətə cəlb olunacaq. Mən ötən həftə mətbuat vasitəsilə Baş Prokurorluğa bu barədə müraciət etdim ki, mərhum general-leytenant Fuad Məmmədovun ölüm səbəbləri ilə bağlı məsələlərə aydınlıq gətirilsin. Mən Fuadla birlikdə xidmət keçmişəm. Mənə sağlam və cavan bir insanın birdən-birə niyə ürəktutmadan vəfat etməsi məsələsi indiyə qədər rahatlıq vermir. Həm ailə üzvlərinin, həm də yaxın dostlarının dəfələrlə mənə olan müraciətini nəzərə alaraq, Baş Prokurorluğa müraciət etdim ki, Fuad Məmmədovla sonuncu görüşən şəxsin kimliyi tapılsın. Çünki həmin şəxsin kimliyi və onun hansı məsələləri irəli sürməsi uzun bir məsələdir”, – deyə o, söyləyib. 

“Mən bu haqda danışanda bəzilərində qıcıq yaradır, amma burada qıcıq yaratmaqdan çox həqiqətləri demək lazımdır. Çünki Azərbaycanda nazir müavini olan bir şəxs ürəktutmadan dünyasını dəyişir və onunla bağlı araşdırma aparılmayıb. Mən bunu ona görə söylədim ki, b uğun istefaya göndərilən generalların həmin rüşvət və korrupsiya faktı ilə bağlı heç bir əlaqəsi yoxdur. Nə Heydər Piriyevi, nə də Ənvər Əfəndiyevi bu siyahıya daxil etmək olmaz. Doğrudur, Ənvər Əfəndiyevin maliyyə idarəsinin rəisi ilə bağlı indi məhkəmə getsə də, bunun Ənvər Əfəndiyevə aidiyyəti yoxdur. Təkrar edirəm ki, onlar yaş və xidmətkeçmənin son yaş həddi ilə əlaqədar ehtiyata və istefaya göndərilib”, – müsahibimiz ĺ yekunlaşdırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir