Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planı imzalanıb

0

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı iləs təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”na əsasən 2023-cü ildə terrorçuluq və ekstremizmin bütün təzahürlərinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Bu barədə “Turanın səsi” Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa cari il ərzində Azərbaycan Ordusunda hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində də hər iki qurum arasında birgə tədbirlər planı imzalanıb.
Plana əsasən müxtəlif kateqoriyalı hərbi qulluqçularla keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.
2023-cü il ərzində Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunacaq görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlərin həyata keçirilməsi planlaşdırlır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir