Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki Baş konsulu ilə görüşüb
Fevralın 1-də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop ilə görüşüb.
Bu barədə “Turanın səsi ” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
General-leytenant Ə.Əfəndiyev qonağı salamlayaraq onu yeni təyinatı ilə bağlı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Müdafiə nazirinin müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.
R.Öztop səmimi qəbula görə minnətdarlığını ifadə edib, ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran mövzulara dair fikir mübadiləsi aparılıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09