MN: Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alınıb

0

Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə “Ural” markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.

Bu barədə “Turanın səsi ” nə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir