MN partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır

Noyabrın 17-21-də istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Proses təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində gerçəkləşdiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.