MN: Ermənistan hərbi qulluqçusunun ölümcül yaralanması barədə məlumat yalandır
Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür”, – Nazirlik qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI