Milli Müdafiə Universitetində keçirilən elmi-praktik konfrans başa çatıb
Milli Müdafiə Universitetində “Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi” mövzusunda keçirilən respublika elmi-praktik konfransı başa çatıb.
Konfransda milli təhlükəsizlik, hərbi, texniki və humanitar elmlər, eləcə də hərbi təbabət bölmələri üzrə ümumilikdə 170-dən çox elmi məruzələr dinlənilib.
Milli Müdafiə Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Respublikasının xüsusi təyinatlı və ali təhsil müəssisələrinin professor-müəllim heyəti, adyunkt, dissertant və magistrantları qeyd olunan bölmələr üzrə mövzularda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, respublika elmi-praktik konfransı 44 günlük Vətən Müharibəsində qazanılan şanlı qələbənin 2-ci ildönümünə həsr olunub.