Hikmət Mirzəyevin yerinə o təyin olundu

Xüsusi Təyinatlı Qüvvələrə yeni komandan vəzifəsinə icraçı təyin edilib.

Turanın səsi ” xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib. Bu təyinatadək A.Pirverdiyev XTQ komandanın Maddi Texniki Təminat üzrə müavini olub.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin daha öncəki komandanı general-leytenant Hikmət Mirzəyev bir müddət əvvəl müdafiə nazirinin müavini – Quru Qoşunların Komandanı təyin edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir