Heydər Piriyev yerinə o gətirildi 

0

Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilib. 

Turanın səsi ” xəbər verir ki, Heydər Piriyevin yerinə təyinat olub. Bu vəzifəyə polkovnik Gündüz Əbdülov gətirilib. O, əvvəllər Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəisi və TƏBİB-də aparat rəisi kimi vəzifələrdə çalışıb. Ehtiyatda olan zabit sonuncu dəfə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edib. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Nazirlik ehtiyata və istefaya göndərilən şəxslərin adlarını açıqlamayıb. Mətbuatda müdafiə nazirinin müavini Ənvər Əfəndiyevin istefaya göndərildiyi barədə xəbərlər yayılıb. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir