Hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib

0

Müdafiə nazirinin Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi barədə əmrinə əsasən, Quru Qoşunlarının 2023-cü il hazırlıq planına uyğun olaraq daşqaldırma birinciliyi keçirilib.

Bu barədə “Turanın səsi ” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Birinciliyə start verilməmişdən öncə hərbi qulluqçulara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.
Birdən və təkanla qaldırma üzrə 43 nəfər hərbi qulluqçunun iştirak etdiyi yarışlarda 8 komanda üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb.
Daşqaldırma birinciliyində iştirak edən “Kəlbəcər”, “Hadrut” və “Bərdə” komandaları ümumi nəticələrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, qaliblər cari ilin fevral ayında Azərbaycan Ordusu üzrə keçiriləcək daşqaldırma birinciliyində güclərini sınayacaqlar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir