GÜYA ki,düşmən tərəfin mülki şəxsləri Ordumuz tərəfindən atəşə məruz qalıb
Ermənistan sosial media hesablarında paylaşılan mülki şəxslərin və mülki inrastrukturun guya Silahlı Qüvvələrimiz tərəfindən atəşə məruz qalması barədə məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə ” Turanın səsi ” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Dəfələrlə qeyd etdiyimiz kimi mülki şəxslər və heç bir mülki obyekt Silahlı Qüvvələrimiz tərəfindən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir.
Qeyd olunan müvafiq faktlardan bəzilərini təqdim edirik”, – nazirlikdən qeyd edilib.