Bir qrup media nümayəndəsi ilə görüş keçirilib

0

Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti və hərbi vətənpərvərlik mövzularını işıqlandıran bir qrup media nümayəndəsi ilə görüş keçirilib.

Bu barədə Turanın səsi ” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.


Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri ilə keçirilən görüşdə müasir dövrdə hərbi xidmətin təbliği, gənclərin hərbi mövzuda maarifləndirilməsi və vətənpərvər ruhda tərbiyə edilməsində medianın rolu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı media subyektləri ilə işin daha səmərəli təşkili, hərbi vətənpərvərliyin təbliğatında yeni forma və metodların tətbiqi, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri, eləcə də 2023-cü ildə birgə fəaliyyət planı barədə müzakirələr edilib.
Görüşdə həmçinin media subyektlərindən daxil olan müraciətlərin icra mexanizmi, hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir