Bakıda STANAG test komissiyalarının işçi görüşü keçirilib

0

Azərbaycan və Latviya Müdafiə nazirlikləri arasında imzalanmış 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq oktyabrın 25-də Milli Müdafiə Universitetində STANAG test komissiyaları arasında işçi görüşü keçirilib.
Görüşdə ingilis dili üzrə STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir