Azərbaycanda müharibədən sonra minaya düşüb ölən və yaralanan şəxslərin sayı açıqlanıb
“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir”.
“Turanın səsi ” xəbər verir ki, bu sözlər Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində yer alıb.
Qeyd olunub ki, bu gün Azərbaycanın daha bir hərbi qulluqçusu mina partlaması nəticəsində həlak olub:
“2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI