Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi qulluqçularla görüş keçirilib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Zabit ixtisas” və “Ehtiyat zabit hazırlığı” kurslarında “Tərbiyəvi işin təşkili” və “Psixoloq” ixtisasları üzrə təhsil alan zabit və kursantlarla görüş keçirilib.
Bu barədə “Turanın səsi” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov şəxsi heyətə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlərin əhəmiyyətindən, eləcə də Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən danışıb.
Görüşdə, həmçinin dinləyicilərə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan Ordusunun yaradılması və inkişafında misilsiz xidmətləri və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Ordusunda həyata keçirilən islahatlar barədə məlumat verilib.
Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə şəxsi heyətin Azərbaycançılıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək mənəvi-psixoloji hazırlığın təmin edilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, xatirə şəkli çəkdirilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI