Azərbaycan Ordusunun “Sepah”la birgə hərbi təlimləri başlayır

İşğaldan azad edilmiş Qarabağda Azərbaycan ordusu və İranın İslam İnqilbı Keşikçiləri Korpusu (İİKK) arasında birgə hərbi təlimlər başlayır.
“turaninsesi.az” IRIB-ə istinadla xəbər verir ki, iki ölkənin sərhədlərində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə keçililən tlimlər “Araz 2025” adlanır.
5 günlük təlimlərdə “Sepah” Quru Qoşunları ilə təmsil olunacaq.
İİKK hərbi texnikası Azərbaycan ərazisinə Biləsavar sərhəd-keçid məntəqəsindən daxil olub.
Xatırladaq ki, ötən il də İranın Ərdəbil əyalətinin Aslanduz rayonunda birgə hərbi təlim keçirilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI