Ağdərə, Xocavənd və Əsgərandan 5 min sakin təxliyyə edilib

Rusiya sülhməramlıları Qarabağın üç rayonundan 5 min insanı təxliyə edib.

Bu barədə “Turanın səsi” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, sülhməramlılar Bakı, İrəvan və Xankəndi ilə davamlı qarşılıqlı fəaliyyət davam etdirir.

Aktiv hərbi əməliyyatlar başlayandan Rusiya sülhməramlıları Ağdərə, Xocavənd və Əsgəran rayonlarından dinc sakinləri təxliyə ediblər. Sülhməramlı kontingentə 5 minə yaxın insan təhvil verilib.

Bütün təxliyə edilənlər istirahət yerləri və isti yeməklə təmin olunublar. Rusiyanın hərbi həkimləri onlara ixtisaslı tibbi yardım göstərirlər. Vəziyyət gecə-gündüz nəzarətdə saxlanılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir