Əməliyyat-taktiki fakültənin dinləyicilərinin buraxılış mərasimi keçirilib

Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Əməliyyat-taktiki fakültənin II kurs dinləyicilərinin buraxılışına həsr olunmuş mərasim keçirilib.

Bu barədə “Turanın səsi” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.


Polkovnik Bəbir Quliyev buraxılış mərasiminin proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Mərasimin ssenarisinə əsasən əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək mərasim iştirakçılarını salamlayıb, kursu müvəffəqiyyətlə başa vurmuş dinləyiciləri təbrik edib, onlara xalqımıza, dövlətimizə,  ordumuza və Ali Baş Komandanımıza layiq lider – komandir olmağı arzulayıb.
General-leytenant H.Piriyev  tərəfindən kurs müddətində tədris və intizama görə fərqlənən məzunlara diplom və döş nişanları təqdim edilib. Əməliyyat-taktiki fakültənin II kursunun digər məzunlarına da diplomlar və döş nişanları Milli Müdafiə Universitetinin rəhbərliyi tərəfindən  təqdim olunub.
Kurs birincisi mayor Pərvin İbadov buraxılış rəmzi olan emblemi yaş kötüyünə vurub. Daha sonra çıxış edərək Milli Müdafiə Universitetinin rəhbərliyinə, professor və müəllim heyətinə bütün dinləyicilər adından dərin minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir