Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında “Ombudsman təsisatı hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Bu barədə “Turanın səsi” Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən cari il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyənlləşdirilib.
Keçiriləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və ətraflı fikir mübadiləsi aparılacaq.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir