Əhməd İsmayılov: Ölkəmiz müxtəlif dairələrin hədəfindədir
Ölkəmiz onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir. Azərbaycanın media ekosisteminə təsir göstərən bu kimi təhdid meyilləri öz növbəsində həm mediamızın raqabətədavamlı xəbər istehsalını artırmasını, həm də ictimaiyyətin yalan məlumatların təsirinə düşməsinin qarşısının alınması baxımından media savadlılıq səviyyəsinin yüksəldilməsini şərtləndirir.
“turaninsesi.az” xəbər verir ki, bunu “Media savadlılığı” konfransında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Qanunda ilk dəfə media savadlılığına anlayış verilib, media savadlılığının artırılması məqsədilə dövlət tədbirlərinin keçirilməsi MEDİA-ya həvalə edilib.
Agentlik cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması üçün beynəlxalq təcrübə araşdırılaraq hədəf qruplara istiqamətlənmiş vahid daxili strategiya hazırlayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI