Xalq artisti mühafizəçi ilə barışdı

Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə mühafizəçinin özü məlumat verib.

O, Ağadadaş Ağayevə qarşı heç bir tələbi olmadığını deyib.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI