Türkiyənin Məhşur Aktyorları “Park Cinema”da 

Türkiyəli məşhurlar Didem Balçın, Hakan Bilgin, Murat Akkoyunlu və Murat Şeker Bakıda “Park Cinema Flame Towers”də baş tutan “Çakallarla Dans 6” filminin qala gecəsində iştirak ediblər.

Turanın səsi ” xəbər verir ki , Hakan Bilgin film haqqında danışıb: “Bu, filmimizin xarici ölkədə baş tutan ilk qalasıdır. Qardaşlarımızla bir yerdə olduğumuz üçün çox xoşbəxtik. Sizinlə buraya əylənməyə gəldik”.

Didem Balçın isə Bakı haqqında təəsüratlarını bölüşüb: “Bizi çox gözəl qarşıladınız. Bakıda ilk dəfədir oluram və şəhərinizi çox bəyəndim”.Qeyd edək ki, “Çakallarla Dans 6” filmi Türkiyədə nümayişinin ilk həftəsində ilin ikinci ən çox izlənən komediya filmi olub. Filmdə Didem Balçın, Murat Akkoyunlu ,Timur Acar, Şevket Çorun, İlker Ayrık da çəkilib. Didem Balçın “Diriliş Ertuğrul” və “Kuruluş Osman” serialları ilə daha da məşhurlaşıb.

Film 8 dekabrdan etibarən bütün Park Cinema kinoteatrlarında nümayişdədir. “Çakallarla Dans 6” komediyasını izləmək istəyənlər biletləri www.parkcinema.az saytından əldə edə bilərlər.

⤵️

Turanə Tağızadə : maqazin bölümünün müxbiri

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir