Türkiyədə Mahsun Kırmızıgülün oğlu güllələnib

Türkiyənin məşhur müğənnisi, rejissor və ssenarist Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgül güllə yarası alıb.

Turanın səsi ”  Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən əyləncə məkanında iki qrup arasında dava düşüb.

Nəticədə əyləncə məkanının mühafizəçiləri iki qrupu ayıraraq çölə çıxarıblar. Gənclər çölə çıxdıqdan sonra silah səsləri eşidilib. Hadisə yerində onlarla boş giliz tapılıb.

Qeyd olunub ki, atılan güllələrdən ikisi Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgülün çiyninə dəyib.

Hadisə baş verən ərazidə aktyorlar Burak Çelik, Umut Evirgen, Yağmur Tanrıseven, Şeyma Baday, rejissor Ali Bilgin və bir çox məşhur olub. Faktla bağlı araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir