Tarkan təyyarə qəzası ilə bağlı paylaşım etdi
Türkiyənin məşhur müğənnisi Tarkan təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə müğənni social şəbəkə hesabında paylaşım edib.
“Keçmiş olsun, Azərbaycan. Baş verən qəzaya görə çox üzgünəm. Həlak olanlara Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirəm”, – paylaşımda qeyd olunub.