Özcan Deniz10 il sonra BAKIDA

0


Türk ulduzların Bakıya axını davam edir.

Turanın səsi” bildirir verir ki, bu dəfə paytaxta müğənni Özcan Deniz təşrif buyurub. Sənətçi Bakı Konqres Mərkəzində sevənləri qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib.


10 ildən sonra Bakıda canlı orekstri ilə musiqisevərlərə unudulmaz gecə yaşadan Deniz zaldakı tamaşaçılarla söhbət də edib. Türkiyəli sənətçi ölkəmizə böyük məhəbbətlə bağlı olduğunu və heç vaxt burada özünü yad kimi hiss etmədiyini bildirib:


“Aradan düz 10 il keçdi. 10 il əvvəl bu salonda deyil, başqa bir yerdə sizə konsert vermişdim. Mən 10 il müddətində musiqiyə ara verdim. Sadəcə aktyorluqla məşğul olmağa başladım. Bu müddətdə sizinlə film qalalarında bir araya gələ bildik. Həmin vaxtdan sonra yenidən Bakıdayam.

Çox həyəcanlıyam. Hər biriniz buradan möhtəşəm və çox gözəl görünürsünüz. Bakı mənim və bir çox sənətçi həmkarlarımın, o cümlədən 80 milyondan artıq Türkiyə üçün ikinci evdir. O səbəbdən də özümü burada heç vaxt yad hiss etmirəm və etmədim də. Bura hər gəlişimdə Azərbaycanın bu qədər güclənməsini və inkişaf etməsini görmək mənim üçün çox qürurvericidir”.


Daha sonra ifaçı bir zamanlar reytinqlərdə ilk yerlərdə qərarlaşan ifalarını səsləndirib. Onlar arasında “Dön desem”, “Sevdanın rengi”, “Canım”, “Bir dudaktan”, “Nasip deyilmiş”, “Ayrılık”, “Utanıyorum”, “Beni Affet” kimi populyar ifalar yer alıb. Özcanın ifalarını dinləmək istəyən pərəstişkarları 40-450 AZN-lərindən keçməli olublar.


Özcan mahnılarının ikinci hissəsini zaldakı tamaşaçılarlarla birlikdə söyləyib. Sənətçi səhnədəki dinamik hərəkətləri ilə də diqqət çəkib. Hərəkətləri ilə heyranlarını coşdurmağı bacarıb..

Turanə Tağızadə : “Turanın səsi”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir