Kenan Doğulu, Beren Saat və daha 20 məşhur saxlanıldı – SİYAHI

Türkiyədə məşhur şəxslərin narkotikdən istifadəsinə qarşı keçirilən əməliyyat çərçivəsində daha 22 nəfər saxlanılıb.

turaninsesi.az ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında müğənni Kenan Doğulu, onun həyat yoldaşı, aktrisa Beren Saat, müğənni Berdan Mardini, sosial media fəlları Kerimcan Durmaz və aktyor Enis Arıkan kimi tanınmış şəxslər də var.

Əməliyyat çərçivəsində bir çox ünvanda axtarış aparılıb. 

Saxlanılanların tam siyahısı: 

1. Ayşe Hatun Önal – müğənni

2. Tolga Çam – modelyer

3. Ferhan Kaya – birja mütəxəssisi (borsaçı)

4. Murat Saygı – rejissor

5. Enis Ahmet Onat – Fashion TV-nin sahibi

6. Ahmet Karoğlu – Beko Ocakbaşı restoranının sahibi

7. Emre Tari – iş adamı

8. Hasan Vatan – Vatan Bilgisayar şirkətinin sahibi

9. Kerimcan Durmaz – müğənni

10. Kenan Doğulu – müğənni

11. Beren Saat – aktrisa

12. Mehmet Cem Karcı – rejissor

13. Berdan Mardini – müğənni

14. Reyhan Küçükyeğen

15. Ozan Doğulu – aranjor və DJ

16. Yaşar İpek – müğənni

17. Mehmet Yıldız – modellik agentliyinin sahibi

18. Tessy Ramos Correira – model

19. Enis Arıkan – aktyor

20. Rafet Eren Yorulmazer – memar (Bursa)

21. Ali Efe Bezci – iş adamı (Ankara)

22. Selin Ciğerci – sosial media fenomeni və müğənni (İzmir)

Qeyd edək ki, İstanbulun Bakırköy Respublika Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində daha əvvəl 25 nəfər barəsində saxlanılma qərarı verilib. İstanbul İl Jandarma Komandanlığına şübhəlilərin saxlanılması, yaşayış yerlərində axtarış aparılması və bioloji ekspertizadan keçirilməsi tapşırılıb. Saxlanılma qərarı verilənlər arasında Serenay Sarıkaya, Berkay Şahin, Tan Taşçı, Yağmur Ünal, Mirgün Sırrı Cabas, Hakan Aydın (Blok 3), Mabel Matiz, Feyza Civelek, Niran Ünsal, Volkan Bahçekapalı və Onur Tuna kimi bir çox tanınmış şəxs var.

Arzu Paşaqızı