Ukraynalı hakerlər “Zolotaya korona” köçürmə sisteminə hücum ediblər

Ukraynadan olduğu güman edilən hakerlər “Zolotaya Korona” (KoronaPay) pul köçürmə sisteminə hücum ediblər.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Kibertəhlükəsizlik üzrə uzmanlar nəşrə bildiriblər ki, avqustun 28-də pul köçürmə sisteminin resursları kölgə forumlarında (darknet) haker fəalları üçün hədəf kimi qeyd olunmağa başlayıb.

“Şirkətə hücum çağırışları, bir qayda olaraq, ödəniş sistemində baş verən kütləvi DDoS hücumuna səbəb olur”, – qəzetin həmsöhbətlərindən biri deyib.

Ekspertlərin sözlərinə görə, “Zolotaya Korona”nın fəaliyyətində nasazlıq yaşanıb. Qeyd olunub ki, ödəniş sisteminə hücuma görə məsuliyyəti “Ukraynanın IT ordusu” öz üzərinə götürüb.

2022-ci ildə “Mir” ödəniş sistemi və onun operatoru olan Milli Ödəniş Kart Sistemi oxşar həmlələrə uğrayıb. Həmin hücumların arxasında da ukraynalı hakerlərin olduğu güman edilirdi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir