Qızıl cüzi bahalaşıb
ABŞ-da ÜDM-in dinamikası kimi yeni makroiqtisadi məlumatların açıqlanmasının gözləndiyi bir zamanda qızılın qiyməti cüzi artıb.
“Turanın səsi ” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri olaraq 0,24 % və ya 4,7 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1933,3 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,27 % düşərək 1 unsiyası 23,617 ABŞ dolları təşkil edib.
Qızıl bazarına təsir edə biləcək mühüm amil ABŞ-da ÜDM statistikasının açıqlanması ola bilər. Analitiklər hesab edirlər ki, ölkədə iqtisadi artım illik ifadədə 2,8%-ə qədər azalıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09