Qızıl cüzi bahalaşıb
Qızılın qiyməti cüzi bahalaşaraq bir unsiya üçün 1650 dolları ötüb.
“Turanın səsi” birjalara istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iclasının başa çatması ərəfəsində valyuta bazarında dollar mövqelərini itirməkdədir.
Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri olaraq 0,24 % və ya 3,95 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 653,65 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,3 % artaraq 1 unsiyası 19,247 ABŞ dolları təşkil edib.
Hazırda dollar digər əsas dünya valyutalarına nisbətən nəzərəçarpacaq dərəcədə ucuzlaşıb ki, bu da qızılın daha da bahalaşmasına kömək edə bilər.