Prezidentin ali xüsusi rütbə verdiyi şəxslər kimdir? – DOSYE
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Vergi Xidmətinin rəisi Orxan Faiq oğlu Nəzərli “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi, Vergi siyasəti baş idarəsinin rəisi Nicat Şükür oğlu İmanov, Vergi auditi baş idarəsinin rəisi Abbas Cəlil oğlu İsmayılov, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Səməd Ədil oğlu Vəliyev isə “3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi ilə təltif olunublar.
“turaninsesi.az ” Orxan Nəzərli və Abbas İsmayılovun tərcümeyi-halını təqdim edir:
Orxan Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub.
2015-2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.
2018-ci ildə vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilib.
Prezidentin 6 may 2021-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.
Abbas İsmayılov 14 aprel 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.
1992-ci ildən bu günə qədər vergi orqanlarında çalışır. Son illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Arzu Paşaqızı