Prezident gələn ilin büdcəsini təsdiqlədi
Azərbaycan Prezidenti İlham Əliyev gələn ilin dövlət büdcəsini təsdiqləyib.
“turaninsesi.az” xəbər verir ki, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər – 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.