Manatın məzənnəsi ilə bağlı mühüm açıqlama – 2026-cı ilə qədər…

Niderlandın “ING Group” korporasiyası Azərbaycan manatı və Türkiyə lirəsinin perspektivləri ilə bağlı proqnozlarını açıqlayıb.

Turanın səsi ” in xəbərinə görə hesabata əsasən, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonuna kimi uçot faiz dərəcəsini 9,0%-dən 8,5%-dək azaldacaq. ING hesab edir ki, AMB pul siyasətini 2024-2025-ci illərdə daha da yumşaldacaq. Şirkətin proqnozuna görə, 2024-cü ildə Mərkəzi Bank uçot dərəcəsini 8,25%-ə, 2025-ci ildə isə 7,25%-dək azaldacaq.

Ölkəmizin milli valyutasına gəlincə, niderlandlı ekspertlərin fikrincə, Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq.

Eyni zamanda, ING 2025-ci ilin sonunda Türkiyənin milli valyutasının ABŞ dollarına nisbətdə 40 lirəyə düşəcəyini proqnozlaşdırır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir