Keçən il Prezidentin ehtiyat fondundan xüsusi müdafiə təyinatlı layihələrə 457,1 milyon manat xərclənib

Keçən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə 457,1 milyon manat vəsait sərf olunub.

Turanın səsi ” in xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 517,9 milyon manat məbləğində vəsait istifadə olunub.

Bu vəsaitin 486,7 milyon manatı və ya 94 faizi əsaslı xərclərin, 31,2 milyon manatı və ya 6 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan istifadə olunmuş vəsaitin 457,1 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin, 29,6 milyon manatı infrastrukturyönlü sahələrin, 26,2 milyon manatı sosialyönlü sahələrin, 5 milyon manatı isə digər sahələrin maliyyələşdirilməsinə sərf olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir