“Kapital Bank”ın rəhbərliyi dəyişdirilib
“Kapital Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ) sədri təyin olunub.
“Turanın səsi ” bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar “Kapital Bank”ın səhmdarlarının ötən gün keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib. R.Allahverdiyev yeni vəzifəsində Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-nin Baş İcraçı direktoru Cəlal Qasımovu əvəzləyib. O, bundan sonra fəaliyyətini MŞ-nın üzvü kimi davam etdirəcək.
Digər qərara əsasən isə “Kapital Bank”ın İH sədrinin I müavini Fərid Hüseynov sədr təyin olunub. O, 2015-ci ildən İH-nin üzvüdür.
Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı “PAŞA Holdinq” MMC-dir.