Hesablama Palatası Qarabağda görülən işlərdə nöqsanlar aşkarladı
Hesablama Palatası Cәbrayıl, Qubadlı vә Zәngilan rayonlarında “Bәrpa, Tikinti vә İdarәetmә Xidmәti” publik hüquqi şәxsә dövlәt büdcәsindәn ayrılan vәsaitlәrin vә dövlәt әmlakının istifadәsi vә idarә edilmәsinә dair audit keçirib.
“turaninsesi.az” xəbər verir ki, Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti üzrә müqavilә dәyәrinin 146942,89 manat artması aşkarlanıb.
Bundan başqa, Ağalı kәndindә maaş ödәnişi üzrә 137258.71 manat vәsaitin artıq ödәnilmәsi üzə çıxarılıb. Həmçinin, tәchizatçı ilә bağlanılmış satınalma müqavilәsindә işlәrin dәyәrinin 522270,36 manat artırılması faktı müəyyən edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI