Hesablama Palatası: “DSMF-nin bəzi xərcləri icmal büdcədə nəzərə alınmayıb”
Gələn ilin “Büdcə zərfi”ndə Azərbaycanın dövlət büdcəsi layihəsində beynəlxalq təşkilatlara üzvlüklə bağlı ödənişlər 21,4 milyon manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində üzvlük haqqı xərcləri 0,1 milyon manat göstərildiyi halda, icmal büdcədə aidiyyəti istiqamət üzrə xərclər 21,4 milyon manat kimi əks olunub.
“Turanın səsi” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə zərfi”nə verdiyi rəydə bildirilir.
Bununla belə, sənəddə deyilir ki, büdcə layihəsində faizlər üzrə 685,6 milyon manat, öhdəliklər üzrə üzrə əməliyyatlar 318,6 milyon manat, DSMF-nin büdcəsində “İnkişaf üçün Kredit Sazişinə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə Kreditin qaytarılması xərcləri 0,6 milyon manat göstərildiyi halda, icmal büdcədə də aidiyyəti istiqamət üzrə xərclər müvafiq olaraq 685,6 mln manat və 318,6 mln manat kimi əks etdirilib.